AZ

Stoltenberq deyir ki, Ukraynaya dəstək NATO-nu münaqişənin tərəfi etməyəcək

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya hərbi yardımla bağlı: "Bu, NATO-nu münaqişə tərəfinə çevirməyəcək. Bu, Ukraynaya özünümüdafiə hüququnu qorumağa kömək edəcək", - deyib. Bizimyol.info xəbər verir ki, Stoltenberq NATO Sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında müttəfiqlərin transatlantik müdafiəni gücləndirmək qərarına gəldiyini və bu çərçivədə sənaye istehsalının artırılacağını, hava və raketdən müdafiə sistemlərinin də inkişaf etdiriləcəyini bildirib. Stoltenberq bildirib ki, sabah Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurası keçiriləcək. Ukraynaya dəstək paketinin qəbul edildiyini bildirən Stoltenberq deyib: “Biz bunu müharibəni uzatmaq üçün etmirik, əksinə, müharibəni mümkün qədər tez bitirmək üçün edirik”. “Biz Rusiya prezidenti Vladimir Putinə boyun əymək istəmiriksə, qətiyyətli olmalıyıq”, - deyə Stoltenberq bildirib. O qeyd edib ki, Ukraynanın əsas islahatları davam etdirəcəyi təqdirdə NATO-ya üzvlüyü “dönməzdir”. Ukraynanın təhlükəsizlik qüvvələrinə uzunmüddətli dəstəyin davam edəcəyini vurğulayan Stoltenberq: "Ukraynaya hərbi dəstək NATO-nu münaqişə tərəfi etməyəcək. Bu, Ukraynanın özünümüdafiə haqqını qorumasına kömək edəcək", - deyib. Stoltenberq Ukraynanın üzvlüyü ilə bağlı bu sözləri işlətməyə üstünlük verdiklərini bildirib: "Sözlər vacibdir, gözləntilər və gündəm yaradır. Bununla belə, hərəkətlər həlledici olacaq", - deyə o qeyd edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
45
bizimyol.info

10Mənbələr