AZ

İsrailli nazir deyib ki, o, Qərbi İrana qarşı birləşməyə çağırmaq üçün NATO sammitinə gedir

İsrailin xarici işlər naziri İsrael Katz bildirib ki, NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakının əsas vəzifəsi qərbli həmkarlarını İrana qarşı mübarizədə qüvvələri birləşdirməyin zəruriliyinə inandırmağa çalışmaq olacaq. Bizimyol.info xəbər verir ki, o, bu barədə ABŞ-a yola düşməzdən əvvəl lentə alınan və diplomatik departamentin mətbuat xidməti tərəfindən yayılan videomüraciətində bildirib. “Mən Vaşinqtona İsrail dövlətini bir məqsədlə təmsil etmək üçün gedirəm: onlarla liderə, xarici işlər nazirinə xəbərdarlıq edəcəyəm ki, indi bütün gücümüz və qətiyyətimizlə İrana qarşı durmağın vaxtıdır”, - deyə o qeyd edib. “Bizim ortaq düşmənimiz var - İran rejimi. Son seçkilərdə İran xalqı Ayətullah rejiminə qarşı çıxmaq və dəyişiklik tələb etməklə açıq mesaj verdi. İndi Qərb dünyası İrana qarşı sərt sanksiyalar tətbiq etməli, İran rejiminə təzyiqləri artırmalı, nüvə proqramının ləğvini və terror təşkilatlarına dəstəyin dayandırılmasını tələb etməli, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu əsl adı ilə çağırmalıdır: planetin ən böyük terror təşkilatıdır”, - deyə İsrailli nazir bildirib. NATO-nun növbəti sammiti 1949-cu ildə Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümü şərəfinə iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. Sammitdə Visbadendə Kiyevə kömək edəcək yeni strukturun yaradılması və Ukrayna üçün siyasi iradə olduqda alyansa üzv olmağa imkan verəcək “NATO-ya körpü”nün irəliləməsi müzakirə olunacaq. NATO dövlət başçılarının görüşünə Azərbaycan, Ermənistan, Gürcüstan, İsrail, ərəb ölkələrinin və Hind-Sakit Okean regionundakı NATO tərəfdaşlarının nümayəndələri də dəvət olunub. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
45
bizimyol.info

10Mənbələr