AZ

Bir sıra kateqoriyalar üzrə rəy verilmiş çağırışçıların yekun tibbi müayinəsi aparılır

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 1-dən bir sıra kateqoriyalar üzrə rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində ən son müasir avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi yaradılıb.

Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası), sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası), dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası) yekun tibbi müayinəsi aparılır.

Yekun tibbi müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası aşağıdakı qərarlardan birini qəbul edir:yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir;

• yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir;

• yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.

Yekun olaraq da müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
7
azertag.az

10Mənbələr