AZ

Ağstafa sakini olan Qarabağ qazisi rəsmi qurumları ittiham edir, qarşı tərəf isə…

AğstafaAğstafa rayonu, Aşağı Göycəli kəndinin sakini Gülməmmədov Elməddin Cəmil oğlu tərəfindən “Hürriyyət” qəzetinin redakiyasına şikayət ərizəsi daxil olub. Şikayətçi iddia edir ki, İkinci Qarabağ müharibəsi zamanı qəlpə yarası aldığından vəziyyəti yaxşı deyil, ancaq ona əlillik dərəcəsi verilmir:“Mən, Gülməmmədov Elməddin Cəmil oğlu, bildirirəm ki, 2020-ci ilin sentyabrında Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı hərbi əməliyyatı yerinə yetirərkən minamyotla vurulmuşam. Ayağımdan yaralanmışam, sol qolum işləmr, sinirlər tamamilə dağılıb, qapalı kəllə-beyin travması almışam.8 dəfə “dəlixana”da yatmışam. Psixotrop dərmanlar içirəm. Ağstafa Rayon Mərkəzi Xəstəxanasında müalicələr götürmüşəm. Respublika Əlillərin Bərpa Mərkəzindəki komissiyada olmuşam. Sənədlərə baxmadan imtina verirlər, düzgün diaqnoz qoymurlar. Deyəndə ki, sənədimə düzgün şəkildə baxılsın, deyir, borcumdur ki, axşama qədər oturub sənin sənədinə baxım?Mənə əlillik dərəcəsi niyə vermirlər, bilmirəm. Zülm edirlər! Neçə dəfə intihara cəhd etmişəm. Heç özümdə olmuram, normal insan kimi deyiləm. Vətən üçün yarım canımdan da keçərəm, ona qurbandır! Xahiş edirəm ki, mənə kömək göstərilsin, çox çarəsizəm”.Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov izah edir ki, Gülməmmədov Elməddin Cəmil oğlunda əlilliyin müəyyən edilməsinə əsas verən heç bir hal aşkar olunmayıb:“Ağstafa rayon sakini 1995-ci il təvəllüdlü Gülməmmədov Elməddin Cəmil oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən “Forma-88” göndərişi əsasında sonuncu dəfə 23.02.2024-cü il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib.Bu səbəbdən də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilib”.Cəmilə ƏZİMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
1
yenisoz.az

10Mənbələr