AZ

Bir sıra kateqoriyalar üzrə rəy verilmiş çağırışçıların yekun tibbi müayinəsi aparılır - RƏSMİ

Bakı. Trend:

İyulun 1-dən bir sıra kateqoriyalar üzrə rəy verilmiş müddətlihəqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbişəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

Trend xəbər verir ki, bubarədə ƏƏSMN-in yaydığı məlumatda deyilib.

Bildirilib ki, bu məqsədlə Nazirliyin tabeliyində DövlətTibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində ənson müasir avadanlıqlarla təchiz edilmiş Tibbi QiymətləndirməMərkəzi yaradılıb.

Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4kateqoriya üzrə rəy verilmiş çağırışçıların:

sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B”kateqoriyası);
sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsızhesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç”kateqoriyası);
dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründəməhdud yararlılıq haqqında (“C” kateqoriyası);
həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıqhaqqında (“D” kateqoriyası).

yekun tibbi müayinəsi aparılır.

Yekun tibbi müayinə nəticələri əsasında Tibbi QiymətləndirməKomissiyası aşağıdakı qərarlardan birini qəbul edir:

yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir;
yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir;
yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.

Sonda müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxiledilir və qərar barədə çağırışçıya elektron qaydada məlumatverilir.

Hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi qaydalarıbarədə daha ətraflı: https://www.youtube.com/watch?v=geJn9WDslaM

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
7
az.trend.az

10Mənbələr