AZ

Pezeşkianın andiçmə mərasimi bu tarixdə keçiriləcək

İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İran parlamentinin iclasında keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, bunu İran Parlamentinin Rəyasət Heyəti və Prezident Seçkiləri Təşkilat Komitəsinin nümayəndəsi Höccətül-islam Əlirza Səlim bildirib.

İran qanunvericiliyinə görə, andiçmə mərasimindən iki həftə sonra Prezident Pezeşkian hökumətinin tərkibini Məclisə təqdim etməlidir.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin 2-ci turunda Azərbaycan türkü, islahatçı cərəyana mənsub Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək prezident seçilib.

Axar.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
18
hurriyyet.az

10Mənbələr