AZ

Borrell İsraili kəskin şəkildə pisləyib

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsrail ordusunun Qəzza zolağının Xan Yunus qəsəbəsində didərgin düşmüş mülki əhalinin sığındığı məktəbə hücumunu pisləyib.

 

Oxu24.com xəbər verir ki, O, bu barədə X sosial şəbəkəsindəki paylaşımında bildirib.


“Nə vaxta qədər günahsız mülki insanlar bu münaqişənin ağır yükünü çəkəcəklər?” - Borrell yazıb və əlavə edib ki, günahkarlar məsuliyyətə cəlb edilməlidir.

 

Avropa diplomatiyasının rəhbəri məhbusların azad edilməsi və humanitar yardımların çatdırılması üçün dərhal atəşkəsə çağırıb.

 

Yada salaq ki, çərşənbə axşamı, iyulun 9-da İsrail ordusu Xan Yunusda mülki şəxslərin gizləndiyi məktəbə hücum edib, nəticədə 29 nəfər ölüb, azı 53 nəfər yaralanıb.

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
26
oxu24.com

10Mənbələr