AZ

İsrail ordusu Qəzzadan GERİ ÇƏKİLİR

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin bəzi bölgələrindən qismən geri çəkilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” yerli sakinlərə və xilasetmə xidmətlərinə istinadən.

HƏMAS-ın nəzarətində olan fövqəladə hallar xidmətinin məlumatına görə, bu ərazilərdə 60-a yaxın cansız fələstinli tapılıb.

Sakinlər və xilasedicilər bildiriblər ki, tanklar bəzi əraziləri tərk edib, lakin hərbi texnika və İsrail snayperləri bəzi yüksəkliklərə nəzarəti davam etdiriblər. 

Əl-Cəzirə telekanalı isə xəbər verir ki, İDF-nin gedişi “taktiki geri çəkilmə və yerdəyişmədir”. Telekanalın məlumatına görə, İsrail hərbçiləri şəhərin “geniş miqyaslı dağıntıların” qeydə alındığı qərb rayonlarını tərk ediblər.

Öz növbəsində, İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bu xəbəri təkzib edib. İsrail hökumətinin başçısı israr edir ki, ölkə Qəzza zolağının Misirlə sərhədindəki “Filadelfiya dəhlizinə” nəzarəti saxlayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
26
bizim.media

10Mənbələr