AZ

Türkiyə XİN İsrailin Xan Yunisdəki məktəbə təşkil etdiyi hücumu qınadı

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Xan Yunis şəhərindəki məktəbə təşkil etdiyi hücumla bağlı bəyanat yaydı.
Bəyanatda bu ifadələrə yer verilib: “Xan Yunisdə aşkar edilən kütləvi məzarlıqlar və son 4 gündə 4 məktəbin hədəf alınması İsrailin Fələstin xalqını tamamilə məhv etməyi hədəflədiyini göstərir. İsrailin Qəzzanın Xan Yunus şəhərində fələstinlilərin sığındığı məktəbdəki  onlarla günahsız mülki vətəndaşı qətlə yetirməsini qınayırıq''.
Bəyanatda Binyamin Netanyahu administrasiyasının bu hücumlarla atəşkəs danışıqlarını pozmağı hədəflədiyini göstərdiyi vurğulanıb.

“İsrail rəsmiləri bəşəri dəyərləri və beynəlxalq hüquq normalarını heçə sayan hərəkətlərinə görə qanun qarşısında cavab verəcəklər'',-deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Qəzza zolağının Xan Yunis şəhərində fələstinlilərin sığındığı məktəbə edilən hücum nəticəsində 25 fələstinli ölüb, 53-dən çox adam da yaralanıb.
Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada deyilir: "İşğalçılar yurd-yuvalarından didərgin düşmüş fələstinlilərin sağındığı məktəbi hədəf alaraq qətliam törədiblər".



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
6
trt.net.tr

7Mənbələr