AZ

İsrailin Qәzzaya hücumları nәticәsindә hәlak olan fәlәstinlilәrin sayı 38 mini keçib

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nәticәsindә azı 15 fələstinli ölüb, 22 nəfər yaralanıb.

İsrailin Nusayrat qaçqın düşərgəsindəki bir evi hәdәf alması nәticәsindә 7 fələstinli həyatını itirib. Hücum nəticəsində xəsarət alanlar da olub.

Düşərgənin şimalında yerləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinә (UNRWA) aid məktəbə tәşkil edilәn hücum nәticәsindә 13 fələstinli yaralanıb.

Deyr e-Belah şəhərində bir evə edilən hücumda isə 3 nəfər həyatını itirib. Hücum nəticəsində yaralananlar da olub.

İsrail ordusu Qəzza şəhəri ilə yanaşı, Rəfah və şimal bölgələrinə qurudan və havadan hücumlarını intensivlәşdirib.

İsrail ordusu dəfələrlə yurd-yuvalarından didәrgin düşmüş fələstinliləri yenidən köç etməyə məcbur edir.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun sutka әrzindә Qəzzanın müxtəlif bölgələrində 3 "qәtliam" törәtdiyi, bu hücumlarda daha 50 fələstinlinin həyatını itirdiyi, 130 fələstinlinin də həlak olduğu bildirilib.

İsrailin 2023-cü il oktyabrın 7-dәn etibarәn Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 38 243-ə, yaralıların sayı isə 88 033-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri sәbәbindәn tibbi qrupların və mülki müdafiə dәstәlәrinin cəsədlərin olduğu bölgәyә gedә bilmәdiyi qeyd olunub.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
6
trt.net.tr

7Mənbələr