AZ

MSK daha 7 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı

Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında yeddi siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
 
Moderator.az xəbər verir ki, MSK sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Milli Cəbhə Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının, Ağ Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.
 
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
12
moderator.az

10Mənbələr