AZ

MSK daha yeddi partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı

Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.Elchi.az xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.Qərar səsverməyə qoyularaq qəbul edilib.Beləliklə ümumilikdə MSK 18 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
12
elchi.az

10Mənbələr