AZ

MSK daha 7 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı

Mərkəzi Seçki Komissiyası (MSK) daha 7 partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

Modern.az verir ki, bununla bağlı məsələ MSK-nın 9 iyul tarixdə keçirilən iclasında müzakirə olunub. 

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

Qərar səsverməyə qoyularaq qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
12
modern.az

10Mənbələr