AZ

Britaniyanın Kiprdəki hərbi bazasında yanğın baş verib

Böyük Britaniyanın Kiprin cənubunda yerləşən hərbi bazalarında yanğın baş verib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kipr Yanğınsöndürmə və Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Andreas Kettis “X” hesabında məlumat verib.

Məlumata görə, yanğın Akrotiri və Dekeliya hərbi bazalarının vahid administrasiyasının nəzarəti altında olan ərazidə baş verib:

“Akrotiridə baş vermiş yanğınla bağlı Britaniya bazalarına kömək etmək üçün cavab tədbirləri həyata keçirilir. Yanğın yabanı bitkilər və ağaclarda başlayıb. Britaniya bazaları iki yanğınsöndürən maşın göndərib”.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
39
bizim.media

10Mənbələr