AZ

Ukraynanın şəhərləri 40-dan çox raketlə atəşə tutuldu – FOTO/VİDEO  

Rusiya ordusu Ukraynanın bir sıra şəhərlərini raket atəşinə tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat yayıb. 

O bildirib ki, Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorsk şəhərlərinə kütləvi şəkildə 40-dan çox müxtəlif raketlərlə zərbələr endirilib. 

Məlumata görə, dağıntılar altında qalanlar arasında uşaqlar da var. Krivoy Roq şəhərinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib ki, 10 nəfər dünyasını dəyişib, 31 yaralı var.
 



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
13
bizim.media

10Mənbələr