AZ

Britaniyanın Kiprdəki hərbi bazasında yanğın baş verib

Böyük Britaniyanın Kiprin cənubunda yerləşən Akrotiri və Dekeliya hərbi bazalarının vahid administrasiyasının nəzarəti altında olan ərazidə təbii yanğın baş verib.

Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Kipr Yanğınsöndürmə və Xilasetmə Xidmətinin rəsmi nümayəndəsi Andreas Kettis “X” sosial şəbəkəsində hesabında məlumat verib.

“Akrotiridə baş vermiş yanğınla bağlı Britaniya bazalarına kömək etmək üçün cavab tədbirləri həyata keçirilir. Yanğın yabanı bitkilər və ağaclarda başlayıb. Britaniya bazaları iki yanğınsöndürən maşın göndərib”, - paylaşımda qeyd edilib.

Bildirilib ki, yanğının söndürülməsində müəyyən edilmiş yerüstü texnikadan əlavə beş yanğınsöndürən təyyarə iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
5
ednews.net

6Mənbələr