AZ

Çarlo Teylor və daha iki müdafiəçi “Sauthempton”da

İngiltərənin “Sauthempton” klubu heyətini 3 yeni futbolçu – Ronni Edvards, Natan Vud və Çarli Teylor ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ronni Edvards İngiltərənin digər klubu “Piterboro”dan gəlib. “Sauthempton” bu transfer üçün 3,5 milyon avrosundan keçib. 21 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

“Barnet”in yetirməsi olan Edvards 2020-ci ildən formasını geyindiyi “Piterboro”da 142 oyuna çıxıb. O, bu oyunlarda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis müdafiəçi ölkəsinin U-19 və U-20 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Digər mərkəz müdafiəçisi Natan Vud da “Suonsi Siti”dən 3,5 milyon avro qarşılığında “Sauthempton”a keçib. Əslən Yamaykadan olan 22 yaşlı ingiltərəli futbolçu ilə də 4 illik müqavilə imzalanıb.

2022-ci ildən “Suonsi Siti”də çıxış edən Vud, bu komandanın heyətində 72 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Hibernian”, “Midlsbro”, “Kru Aleksandra” kimi klubların da formasını geyinib. İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi əsas millidə debüt şansı qazanmayıb.

Çarli Teylor isə sol cinah müdafiəçisidir. “Börnli”dən azad agent kimi gələn 30 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Teylor 2017-ci ildən formasını geyindiyi “Börnli”də 220 oyuna çıxıb, 1 qol vurub, 10 məhsuldar ötürmə verib. O, “Lids”, “Flitvud”, “İnverness”, “York Siti” və “Bredford” kimi klubların da uğurları üçün çalışıb. İngiltərənin U-19 yığmasında 2 oyun keçirmiş futbolçuya sonradan ehtiyac duyulmayıb.

Yeri gəlmişkən, “Sauthempton” baş məşqçisi Rassel Martinlə də yeni müqavilə imzalandığını bəyan edib. 38 yaşlı şotland mütəxəssislə 3 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.

Rassel Martin 2023-cü ilin yayından bu komandaya rəhbərlik edir. O, “Sauthempton”u indiyə qədər 54 oyuna (30 qələbə, 11 heç-heçə, 13 məğlubiyyət) çıxarıb. Gənc mütəxəssis daha öncə “MK Dons” və “Suonsi Siti”nin də baş məşçqisi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
arena.az

10Mənbələr