AZ

Pəncabdan Şəkiyə: Hindistan musiqiçiləri İpək Yolu Festivalında çıxış ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəkidə keçirilən İpək Yolu Beynəlxalq Musiqi Festivalı çərçivəsində Hindistandan olan "Bhangra" qrupu çıxış edib.
Oxu.Az-ın məlumatına görə, konsert proqramı Mingəçevirin "Nur" rəqs qrupunun nömrələri ilə başlayıb. Sonra Namiqə Aslanın ifasında "Şəki" mahnısı səsləndirilib. Hind musiqiçilərinin səhnəyə çıxması gurultulu alqışlarla qarşılanıb.
Tamaşaçılar vətəni Pəncab olan "Bhangra" rəqsini o qədər bəyəniblər ki, bəziləri səhnəyə qaçıblar.
@ruoxuaz 🇮🇳🎵🇦🇿 В рамках Международного музыкального фестиваля "Шелковый путь" в Шеки выступила группа "Бхангра" из Индии. #fyp#india#indianmusic #azerbaijan #musicfestival ♬ оригинальный звук - Oxu.az Новости Азербайджана
Qeyd edək ki, tədbirdə Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, festivalın bədii rəhbəri, UNESCO-nun Sülh Artisti, bəstəkar Firəngiz Əlizadə, TÜRKSOY-un Azərbaycandakı daimi nümayəndəsi Elçin Qafarlı, Hindistan səfirliyinin nümayəndələri, digər fəxri qonaqlar, eləcə də yerli sakinlər və turistlər iştirak ediblər.
Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Burada bir sıra ölkələrdən, eləcə də Azərbaycandan məşhur musiqi kollektivləri və istedadlı musiqiçilər iştirak edirlər. Üç gün davam edəcək festivalda tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət müxtəlif konsert proqramları təqdim olunacaq.
Firəngiz Ağalarova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
oxu.az

6Mənbələr