1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Müğənni Natia Riqvava və Rusiyanın ən məşhur sənətçilərindən biri olan Jony (Cahid Hüseynli) əməkdaşlıq üçün birləşiblər.
Belə ki, onlar iyulun 5-də "R&B" - "Bakı küçələrində" adlı birgə duetlərini təqdim ediblər.
Həssas vokallar hissləri oyadan ispan gitarasının rəqs ritmləri ilə birləşərək, gizli görüş üçün rahat atmosfer yaradır. Lirik qəhrəmanlar bir-birləri haqqında düşünməkdən vaz keçə bilmirlər və birgə xatirələri təkrar-təkrar beyinlərində canlandırırlar. Məhz buna görə də hər ikisi birgə xatirələrinin məkanı olan Bakı küçələrinə qaçmaq qərarına gəliblər. Orada qəhrəmanlar bütün dünyadan gizlənərək, heç olmasa bir müddət birlikdə ola biləcəklər.