AZ

"Azərişıq", "Azərsu" və "Azəriqaz" kartlarını smartfona yaxınlaşdırmaqla ödəniş etmək mümkündür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərişıq", "Azərsu" və "Azəriqaz" kartlarını smartfona yaxınlaşdırmaqla ödəniş etmək mümkündür.
Oxu.Az xəbər verir ki, "MPAY" şirkətinin Biznesin inkişafı və İnnavasiyalar şöbəsinin rəhbəri Rüfət Aslanovun verdiyi məlumata əsasən, artıq vətəndaşlar "Azərişıq Makel" ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq edə bilərlər.
"Bildiyiniz kimi, ölkəmizdə ilk dəfə "AzəriQaz Gallus" və "Zenner", "Azərsu" NFC kartlarının onlayn ödəmə imkanını təqdim etmişik. Bu dəfə də ənənəmizə sadiq qaldıq, müştərilərimiz üçün "Azərişıq Makel" ödənişlərinin mobil cihaz vasitəsilə mümkünlüyünü təmin etdik.
Artıq vətəndaşlar "Azərişıq Makel" ödənişlərini sayğac kartını smartfona yaxınlaşdıraraq edə biləcəklər. Bunun üçün sadəcə "MPAY" mobil tətbiqini "App Stopre" və ya "Play Store"dan yükləmək kifayətdir. Daha sonra tətbiqdə qeydiyyatı tamamlayıb kommunal ödənişlər bölməsinə keçid edin. Buradan "Azərişıq Makel" NFC xidmətini seçərək kartı smartfonunuza yaxınlaşdırın və ödənişi tamamlayın", - deyə Rüfət Aslanov bildirib.
Qeyd edək ki, bütün kommunal xidmətlər üzrə NFC kart ödənişlərini mobil tətbiqimiz vasitəsilə etmək mümkündür.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
oxu.az

10Mənbələr