AZ

İran və Rusiya bir-birinin bank kartlarından istifadəyə başlayır

Moskva və Tehran Rusiyanın “Mir” ödəniş sistemi ilə İranın “Şetab”ının inteqrasiyası üzrə işləri başa çatdırıblar.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının (MB) sədri Məhəmməd Rza Fərzin Sank-Peterburqa səfərindən qayıdanda məlumat açıqlayıb.

Fərzin Sankt-Peterburqda Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ilə görüşüb:

“Görüş zamanı tərəflər Rusiyanın “Mir” ödəniş sisteminin İranın “Şetab”ına qoşulması tələbləri üzərində işi başa çatdırıblar və bu layihə istismar mərhələsinə daxil olub”.

Rəsminin sözlərinə görə, avqustun 22-də başlayacaq ilk mərhələdə İran Şetab sisteminin Amber smart-kartları Rusiyanın bütün bankomatlarında istifadə oluna və İran vətəndaşları Rusiya bankomatlarından rubl çıxara biləcəklər.

Fərzin aydınlaşdırıb ki, ikinci mərhələ İranda Rusiya kartları ilə ödəniş imkanını nəzərdə tutur. O qeyd edib ki, artıq üçüncü mərhələdə iranlılar Rusiya mağazalarındakı malların haqqını adi bank terminalı vasitəsilə Şetab kartı ilə ödəyə biləcəklər.

İranın baş bankiri bildirib ki, Rusiya və İran ikitərəfli ticarəti asanlaşdırmaq üçün milli valyutaların likvidliyi haqqında saziş imzalayıblar:

“Rusiya Mərkəzi Bankının rəhbəri ilə ikitərəfli görüşün nəticəsi olaraq ticarət mübadiləsini asanlaşdırmaq üçün milli valyutaların likvidliyi haqqında saziş imzalanıb”.

Farzinin sözlərinə görə, saziş “iranlı iş adamları və rusiyalı investorlar üçün çox vacibdir”, çünki onun sayəsində ticarət yalnız milli valyutalarda aparılacaq ki, bu da ticarət dövriyyəsinin həcmini və əməliyyatların sayını artırmağa imkan verəcək:

“Valyuta və Qızıl Mübadilə Mərkəzində ofşor rialdan istifadə üçün infrastruktur işə salındıqdan tezliklə şirkətlərə və banklara lazımi təlimatlar ötürüləcək”.

2024-cü ilin iyununda İran Mərkəzi Bankının rəhbəri Rusiya ilə ticarət əməliyyatlarında ofşor rialdan istifadəyə tezliklə başlanılacağını elan edib. Fərzin 2023-cü ilin dekabrında offşor rialın tətbiqi planlarını açıqlayıb. Bu valyuta növü qarşılıqlı hesablaşmalarda avro və dollardan istifadə səviyyəsinin azaldılması və milli valyutanın möhkəmlənməsi məqsədilə digər ölkələrlə ticarət əməliyyatlarının aparılması üçün nəzərdə tutulub. 2024-cü ilin fevralında Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya və İranın ölkələr arasında ödənişləri demək olar ki, tamamilə milli valyutalara və öz bank mesajlaşma sistemlərinə köçürdüyünü açıqlayıb.

2024-cü ilin aprelində İran Xarici İşlər Nazirliyi ölkədə Mir kartlarının qəbulu layihəsinin icra mərhələsinə keçdiyini elan edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
musavat.com

10Mənbələr