AZ

İran Mərkəzi Bankının rəhbəri Rusiya ilə hesablaşmalarda ofşor rialdan istifadə ediləcəyini açıqlayıb

İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin Rusiya ilə ticarət əməliyyatlarında ofşor rialdan istifadəyə tezliklə başlanılacağını açıqlayıb.

Marja.az xəbər veri ki, ISNA agentliyi Farzindən sitat gətirir: “Rusiya ilə hesablaşmalarda ofşor rialdan istifadə layihəsi tezliklə işə salınacaq”.

O, əlavə edib ki, İran Mərkəzi Bankı “ölkə bankları və texnologiya şirkətləri ilə əməkdaşlıqda elektron bankçılığı inkişaf etdirməyə sadiqdir və bu alətlərdən istifadə etməklə beynəlxalq maliyyə əməkdaşlığı qurmağa ümid edir”.

Rəsmi onu da bildirib ki, İran iyunun 23-dən etibarən dövriyyəyə daha bir maliyyə aləti - rəqəmsal rial təqdim edəcək (açıqlama öncə verilib - red). Bu mərhələdə o, ölkənin əsas çimərlik kurortu olan Kiş adasındakı azad ticarət zonasında istifadə olunacaq. İndiyədək layihədə yalnız iki İran bankı - Mellat və Tejarat iştirak edir

Mayın 13-də İran Mərkəzi Bankının sədr müavini Möhsün Kərimi qeyd edib ki, ofşor rialdan istifadə məsələsi üç ölkə: Rusiya, Əfqanıstan və İraqla müzakirə olunur. Onun hesablamalarına görə, “Rusiyaya gəlincə, iş demək olar ki, başa çatıb, layihə tezliklə həyata keçiriləcək”.

2023-cü ilin dekabrında İran Mərkəzi Bankının rəhbəri qonşu ölkələrlə ticarətdə istifadə etmək üçün ofşor rial yaratmaq planlarını açıqlayıb. Bu valyuta növü qarşılıqlı hesablaşmalarda avro və dollardan istifadə səviyyəsinin azaldılması və milli valyutanın möhkəmlənməsi məqsədilə digər ölkələrlə ticarət əməliyyatlarının aparılması üçün nəzərdə tutulub. 2010-cu ildən bəri Çin xaricdə hesablaşmalar üçün ofşor renminbidən (ofşor yuan) istifadə edir (CNH kotirovkası), çünki yerli valyuta (CNY kotirovkası) sərbəst konvertasiya olunmur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
1
marja.az

10Mənbələr