AZ

İran ofşor valyuta hazırlayır

Bakı. Trend:

İran ofşor rial ideyasını inkişaf etdirir. Onun Rusiya iləmaliyyə əməliyyatlarında istifadə edilməsi planlaşdırılır.

Trend İraqn KİV-ə istinadən xəbər verir ki, bunu İran MərkəziBankının rəhbəri Məhəmməd Fərzin deyib.

"Ofşor rial ideyası hazırlanır. Biz tezliklə Rusiya iləsövdələşmələrdə ofşor rialın ilk layihəsini işə salacağıq", - deyəFərzin rəqəmsal real layihəsinin təqdimat mərasimindən sonrabildirib.

Qeyd edək ki, rəqəmsal rial artıq ictimai dövriyyəyə buraxılır.Bu valyuta ölkədə maliyyə əməliyyatlarını sadələşdirmək vəsürətləndirmək üçün nəzərdə tutulub. Beləliklə, müştərilər xüsusiproqram təminatı ilə yaradılacaq ştrix-koddan istifadə etməkləalış-veriş etmək və vəsait köçürmək imkanı əldə edəcəklər. Yenilikİranın ödəniş sisteminin səmərəliliyini artırmaq məqsədidaşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
6
az.trend.az

10Mənbələr