AZ

“Orbanın Moskvaya tərəddüd etmədən getməsinə heyranam” – Slovakiyanın Baş naziri

Slovakiyanın Baş naziri Robert Fiko mayın ortalarında üzləşdiyi sui-qəsddən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

“AzPolitika” xəbər verir ki, onun müraciəti Slovakiyanın milli bayramı olan Müqəddəs Kiril və Methodius gününə həsr olunub. Çıxışında o, xüsusilə, Kiyev və Moskvaya səfərləri zamanı Macarıstanın Baş naziri Viktor Orbana qoşulmaq istədiyini bildirib.

“Macarıstanın Baş nazirinə tərəddüd etmədən Kiyevə və Moskvaya getdiyinə görə heyran olduğumu bildirmək istəyirəm, əgər səhhətim getməyə imkan versə, mən də məmnuniyyətlə ona qoşulardım”, - deyə Fiko bildirib.

Baş nazir həmçinin qeyd edib ki, dinc təşəbbüslər heç vaxt kifayət etmir. Bundan əlavə, Fiko "xərçəng kimi yayılan" liberal ideologiyanı tənqid etdib:"Mən Slovakiyanın Qərb dəyərlərinin karikaturasını yaradan ölkələrə aid olmasını istəmirəm. Ölkə konstitusiyasının “dəb tendensiyaları” naminə dəyişdirilməyəcəm”.

Macarıstanın Baş naziri Viktor Orban cümə günü, iyulun 5-də Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsi mövzusu qaldırılıb. Danışıqlardan sonra Putin sülh danışıqlarının başlanmasının şərtləri, o cümlədən Ukrayna qoşunlarının Rusiya tərəfindən ələ keçirilən Ukrayna ərazilərindən çıxarılması ilə bağlı tezislərini təkrarlayıb.

Bir gün əvvəl - iyulun 2-də Kiyevə səfər edən Orban deyib ki, o, hərbi münaqişə tərəfləri arasında sülh yolu ilə nizamlanmaya yanaşmalarda böyük fərq görür.

Rasim Əliyev

"AzPolitika.info!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
41
azpolitika.info

10Mənbələr