AZ

Orban “sülh missiyası” ilə Moskvaya gəlib » AzadMedia.az


Macarıstanın baş naziri Viktor Orban “sülh missiyası çərçivəsində” Moskvaya gəlib və burada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. RİA Novosti xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.

Macarıstan siyasətçisinin səfəri barədə mətbuata şayiələr sızsa da, nə Moskva, nə də Budapeşt tərəfindən əvvəlcədən xəbər verilməyib. Orban 12 ildən sonra ilk səfəri üçün çərşənbə axşamı Kiyevə səfər etdikdən sonra Rusiyanın paytaxtına gedib.

İyulun 1-dən Macarıstan altı ay müddətinə Avropa İttifaqı Şurasına sədrlik edir.

Onu da qeyd edirik ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Macarıstan hökumətinin başçısının Rusiyaya səfər etmək üçün Aİ mandatı almadığını bildirib.

“Baş nazir Orban Aİ Şurasından Moskvaya səfər etmək üçün mandat almayıb. Beləliklə, Macarıstanın baş naziri Aİ-ni heç bir formada təmsil etmir”, - Orban bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
41
azadmedia.az

10Mənbələr