AZ

Orbanın Moskva səfəri Macarıstan-Almaniya konflikti yaradıb - “Bloomberg“

Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfəri və Vladimir Putinlə görüşünə görə Almaniya ilə Macarıstan arasında siyasi konflikt yaranıb.

News365.azxəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Nəşrin məlumatına görə, Almaniya kansleri Olaf Şolz Orbanı Moskva səfərinə görə tənqid etdikdən sonra Macarıstan Almaniyanın xarici işlər naziri Annalena Bärbokun planlaşdırılan səfərini qəfil ləğv edib.

"Almaniyanın xarici işlər naziri Annalena Berbok bazar ertəsi danışıqlar üçün Budapeştdə macar həmkarı ilə görüşməli idi. Lakin Macarıstan hökuməti Almaniya hökumətini təəccübləndirərək, cümə günü axşam görüşü ləğv etdi",- sayt yazıb.

Cümə günü səhər saatlarında Şolz jurnalistlərə deyib ki, Orban onu səyahət planları barədə əvvəlcədən xəbərdar etmir.  "Avropa Şurasını xarici siyasət baxımından Macarıstan deyil, Şarl Mişel təmsil edir".

Qeyd edək ki, Macarıstanın baş naziri Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə etdiyi Moskvaya səfəri ilə bağlı Aİ rəhbərliyinin tənqidlərini rədd edib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
41
news365.az

10Mənbələr