AZ

Çinin sahil mühafizə gəmiləri Yaponiyanın su sərhəddini pozub

Çin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı Yaponiyanın su sərhəddini pozduğu bildirilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına əsasən, Çinin 3 sahil mühafizə gəmisi Yaponiyanın su sərhəddini pozub.

Uotsuri və Minami-kojima adaları ətrafında hərəkət edən və bölgədə 42 saat üzən Çin gəmiləri adaların ətrafında ov ovlayan yapon balıqçı gəmilərinə yaxınlaşıb.

Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra gəmilər ərazini tərk edib. Bildirilib ki, bu, cari ildə Çin gəmiləri tərəfindən arxipelaq regionunda 24-cü qayda pozuntusudur.

Malik Atilay






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
3
525.az

10Mənbələr