AZ

Çin sahil mühafizəsi Tayvan gəmisini ələ keçirdi

Çin Sahil Mühafizəsi Tayvanın nəzarətində olan adaların sahillərində Tayvan balıqçı gəmisini saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə Tayvan Sahil Mühafizəsi məlumat yayıb .

Bildirib ki, iyulun 2-də axşam Tayvan balıqçı gəmisi Tayvanın nəzarətində olan Kinmen adaları yaxınlığında, Tayvan boğazının median xəttindən 25 dəniz mili qərbində olub, iki Çin sahil mühafizə gəmisi ona yaxınlaşıb, onun şəxsi heyəti gəmiyə minərək ekipajı saxlayıb.

"Dərhal sahil mühafizəsinə xəbərdarlıq göndərərək balıqçı gəmisini dərhal buraxmağı tələb etdik. Qarşı tərəf isə müdaxilə etməməyi tələb edərək cavab verib”, - idarənin açıqlamasında bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
publika.az

10Mənbələr