AZ

Çin Yaponiyanı qıcıqlandırdı – Artıq 24-cü dəfədir…

Çin sahil mühafizə gəmiləri Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı Yaponiyanın milli ərazi sularını pozub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahının bəyanatına əsasən, Çinin 3 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularına daxil olub.

Uotsuri və Minami-kojima adaları ətrafında hərəkət edən və bölgədə 42 saat üzən Çin gəmiləri adaların ətrafında ov edən yapon balıqçı gəmilərinə yaxınlaşıb.

Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra gəmilər ərazini tərk edib. Bildirilib ki, bu, bu il Çin gəmiləri tərəfindən arxipelaq regionunda 24-cü qayda pozuntusudur.

Qeyd edək ki, Yaponiyanın “Senkaku” və Çinin “Diaoyu” adlandırdığı arxipelaq Şərqi Çin dənizində, Çinin şərq sahillərində və Yaponiyanın cənub-qərb sahillərində yerləşir.

5 ada və 3 qayadan ibarət olan, Yaponiyaya məxsus, lakin Çinin iddia etdiyi kimsəsiz bölgə uzun müddətdir ki, suverenlik müzakirələrinə səbəb olub.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
konkret.az

10Mənbələr