AZ

Kiyevdə Viktor Orbanla Volodimir Zelenski arasında görüş keçirilib.

Macarıstanın Baş naziri Viktor Orban bu gün Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, Baş nazir digər Ukrayna rəsmiləri ilə də görüş keçirəcək.

Qeyd edək ki, bu, Orbanın müharibə başlayandan sonra Ukraynaya ilk səfəri olacaq.

 

Kiyevdə Viktor Orbanla Volodimir Zelenski arasında görüş keçirilib.

Görüşdən sonra tərəflər iki ölkə arasında problemləri nizamlamağa imkan verəcək saziş üzərində işləməyə razılaşdıqlarını açıqlayıblar.

Orban, həmçinin qeyd edib ki, Budapeşt Avropa İttifaqı Şurasına sədrliyi dövründə Ukraynaya yardım etməyə hazırdır və ölkə iqtisadiyyatının modernləşdirilməsini dəstəkləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
20
nocomment.az

10Mənbələr