AZ

Orbanın Kiyevə səfərinə Kremldən reaksiya

Macarıstanın baş naziri Viktor Orbanın administrasiyası Kiyevə səfərindən əvvəl Rusiya prezidentinin administrasiyası ilə əlaqə saxlamayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov jurnalistlərin Orbanın Kiyevə səfərindən əvvəl Macarıstan administrasiyası ilə Rusiya prezidentinin administrasiyası arasında təmasların olub-olmaması ilə bağlı sualını cavablandırarkən deyib: "Xeyr, belə olmayıb". 

Xatırladaq ki, bu gün Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
20
unikal.az

10Mənbələr