AZ

Qərb Zelenskini devirmək istəyir? - Peskov planları AÇIQLADI

"Qərb açıq şəkildə Ukrayna lideri Volodimir Zelenskini vəzifəsindən uzaqlaşdıracaq"

Turkustan.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Zelenskinin dövlət başçısı vəzifəsi ilə bağlı olmayan perspektivləri olacaq.

"Onun silinəcəyi aydındır", - Kremlin sözcüsü qeyd edib.

O əlavə edib ki, Ukrayna lideri ilk növbədə, məsələn, səfərbərliklə bağlı qeyri-populyar qərarlar qəbul etməklə Qərbin “çirkli işini” görməli olacaq.

Rusiya prezidenti Vladimir Putin iyunun 5-də xarici jurnalistlərlə görüşü zamanı Volodimir Zelenskidən qurtulmağın bir il çəkə biləcəyini deyib. Onun sözlərinə görə, Moskva Vaşinqtonun Ukrayna rəhbərliyi ilə bağlı tələblərini dəqiq bilir.

Seçilən
117
20
turkustan.az

10Mənbələr