AZ

"Avita Clinic" 8 min manata kimi - CƏRİMƏ OLUNA BİLƏR

"Avita Clinic" MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta üzrə cərimələnə bilər.

FED.az xəbər verir ki, tibb mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci  maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə görə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin icraatındadır.

Məhkəmə baxış iclası 12 iyul 2024-cü il, saat 16:00-a təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
2
fed.az

10Mənbələr