AZ

"Xırdalan Tibb Mərkəzi" məhkəmə qarşısında

Xırdalan Tibb Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəmə işinin tarixi məlum olub. 

Valyuta.az-ın məlumatına görə, xəstəxana barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci  maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə görə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İşə 28.06.2024-cü il tarixində Abşeron Rayon Məhkəməsinin hakimi Şəfəq Məmmədovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, klinikanın qanuni təmsilçisi Hümmətova Bəsdi Məhərrəm qızıdır.

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
2
valyuta.az

10Mənbələr