AZ

“Xırdalan Tibb Mərkəzi” 8 min manat cərimə edildi – SƏBƏB

“Xırdalan Tibb Mərkəzi”ndə aparılan yoxlama zamanı müəyyən nöqsanların olduğu aşkarlanıb və buna görə klinika cərimələnib.

Tribunainfo.az xəbər verir ki, yoldama zamanı əlum olub ki, tibb mərkəzi İnzibati Xətalar Məcəlləsinin sanitariya və epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.1-cimaddəsini pozub. Belə ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Tibb mərkəzi ilə bağlı iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. 8 iyul tarixində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
tribunainfo.az

10Mənbələr