AZ

Baydenlə Tramp arasında ilk debat keçirildi -PREZİDENTİ SƏHNƏDƏN XANIMI ÇIXARDI

ABŞ-da prezident seçkilərindən əvvəl hazırki Prezident Co Bayden və digər namizəd Donald Tramp arasında ilk teledebat olub.

 

CNN kanalının Atlanta şəhərindəki binasında keçirilən debat 2 reklam fasiləsi ilə birlikdə 90 dəqiqə çəkib.

 

Debatın moderatorları Ceyk Tapper və Dana Baş olub. Teledebat əvvəlcə ABŞ iqtisadiyyatının indiki vəziyyəti mövzusu ilə başlayıb. Tramp və Bayden inflyasiya, iş yerləri və vergi siyasəti ilə bağlı danışıblar. Ağ Ev rəhbəri prezidentliyi dövründə iqtisadi uğur hesab etdiyi addımları sadalayıb, Tramp isə ölkədəki inflyasiyanın pisləşən vəziyyəti barədə fikirlərini bölüşüb. Tərəflər miqrasiya və digər daxili sosial məsələlər barədə də fikir səsləndiriblər.

 

Xarici siyasət mövzusunda Ukraynadakı vəziyyət müzakirə edilib. Tramp Ukraynadakı müharibəyə görə Baydeni təqsirkar hesab edib. Qəzzadakı vəziyyətlə bağlı çıxışlar zamanı Bayden israilli və fələstinli girovların mübadiləsi və atəşkəslə bağlı planın müzakirə olunduğunu vurğulayıb. 

Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşıb.

 

ABŞ-nin keçmiş prezidentləri Con Kennedi və Riçard Niksonun debatından bu yana müzakirə ilk dəfə tamaşaçısız təşkil olunub.

 

Debat tərəflərinə yanlarında yalnız su, qələm və boş bloknot saxlamağa icazə verilib. Bir-birinə mane olmamaları üçün tərəflərdən biri çıxış edərkən digərinin mikrofonu bağlı olub.

 

Yeri gəlmişkən, Donald Trampla debatdan sonra ABŞ Prezidenti Co Baydeni səhnədən həyat yoldaşı çıxarıb. Bu barədə “Nyu York Post” qəzeti yazıb. 

Nəşrin məlumatına görə, debat vaxtı elə an olub ki, Bayden donub qalıb.

 

“Debatlar bitdikdən sonra Tramp tez bir zamanda səhnəni tərk edib, amma Prezidenti aparmaq üçün həyat yoldaşı Cill Bayden gəlib”, - nəşr bildirib.

 

Növbəti debat sentyabrın 10-da ABC kanalında təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
4
senzor.az

7Mənbələr