AZ

Baydenlə Trampın ilk debatı keçirilib

Bakı. Trend:

ABŞ-də prezident seçkilərindən əvvəl hazırki Prezident Co Baydenvə digər namizəd Donald Tramp arasında ilk teledebat baş tutub.

Trend xəbər verir ki, CNN kanalının Atlanta şəhərindəkibinasında keçirilən debat 2 reklam fasiləsi ilə birlikdə 90 dəqiqəçəkib.

Debatın moderatorları Ceyk Tapper və Dana Baş olub. Teledebatəvvəlcə ABŞ iqtisadiyyatının indiki vəziyyəti mövzusunda başlayıb.Tramp və Bayden inflyasiya, iş yerləri və vergi siyasəti ilə bağlıdanışıblar. Ağ Ev rəhbəri prezidentliyi dövründə iqtisadi uğurhesab etdiyi addımları sadalayıb, Tramp isə ölkədəki inflyasiyanınpisləşən vəziyyəti barədə fikirlərini bölüşüb. Tərəflər miqrasiyavə digər daxili sosial məsələlər barədə də fikirsəsləndiriblər.

Xarici siyasət mövzusunda Ukraynadakı vəziyyət müzakirə edilib.Tramp Ukraynadakı müharibəyə görə Baydeni təqsirkar hesab edib.Qəzzadakı vəziyyətlə bağlı çıxışlar zamanı Bayden israilli vəfələstinli girovların mübadiləsi və atəşkəslə bağlı planın müzakirəolunduğunu vurğulayıb.

Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözüilə yekunlaşıb.

ABŞ-nin keçmiş prezidentləri Con Kennedi və Riçard Niksonundebatından bu yana ilk dəfə müzakirə tamaşaçısız təşkil olunub.

Debat tərəflərinə yanlarında yalnız su, qələm və boş bloknotsaxlamağa icazə verilib. Bir-birinə mane olmamaları üçüntərəflərdən biri çıxış edərkən digərinin mikrofonu bağlı olub.

Növbəti debat sentyabrın 10-da ABC kanalında təşkilolunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
az.trend.az

7Mənbələr