AZ

Baydenlə Tramp arasında ilk debat keçirilib

Image

ABŞ-da prezident seçkilərindən əvvəl hazırki Prezident Co Bayden və digər namizəd Donald Tramp arasında ilk teledebat baş tutub. CNN kanalının Atlanta şəhərindəki binasında keçirilən debat 2 reklam fasiləsi ilə birlikdə 90 dəqiqə çəkib. Debatın moderatorları Ceyk Tapper və Dana Baş olub. Teledebat əvvəlcə ABŞ iqtisadiyyatının indiki vəziyyəti mövzusunda başlayıb. 

Tramp və Bayden inflyasiya, iş yerləri və vergi siyasəti ilə bağlı danışıblar. Ağ Ev rəhbəri prezidentliyi dövründə iqtisadi uğur hesab etdiyi addımları sadalayıb, Tramp isə ölkədəki inflyasiyanın pisləşən vəziyyəti barədə fikirlərini bölüşüb. Tərəflər miqrasiya və digər daxili sosial məsələlər barədə də fikir səsləndiriblər.

Xarici siyasət mövzusunda Ukraynadakı vəziyyət müzakirə edilib. Tramp Ukraynadakı müharibəyə görə Baydeni təqsirkar hesab edib. Qəzzadakı vəziyyətlə bağlı çıxışlar zamanı Bayden israilli və fələstinli girovların mübadiləsi və atəşkəslə bağlı planın müzakirə olunduğunu vurğulayıb.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
3
baki-xeber.com

7Mənbələr