AZ

18 yaşlı qızı güllələyən polkovnik-leytenanta bu cəza verildi

Rusiyanın nəzarəti altında olan Luqansk Qarnizonunun Hərbi Məhkəməsi Rusiya qəhrəmanı İrek Maqasumovu qəhrəman titulundan məhrum edərək, qətlə və xuliqanlığa görə 11 il müddətinə azadlıqdan məhrum edib.

Publika.az xəbər verir ki, bu barədə onun vəkili Konstantin Elfimov məlumat verib.

“Məhkəmə Maqasumovu qəhrəman titulundan məhrum edərək, 11 il müddətinə ciddi rejimli koloniyada həbs cəzasına məhkum edib”, - deyə o bildirib.

Müdafiəçinin sözlərinə görə, polkovnik-leytenant hərbi rütbəsinin və üç şücaət ordeninin saxlanılması qərara alınıb.

Seçilən
140
26
publika.az

10Mənbələr