AZ

Xidmətə fasilə vermək istədi, ÜÇ İL CƏZA ALDI

Rusiya Federasiyasının Çita Qarnizonu Hərbi Məhkəməsi xidmətdən yayınan Sergey Uvarovskini üç il müddətinə azadlıqdan məhrum edib.

Medianews.az Rusiya mediasına istinadla xəbər verir ki, hərbçi xidməti vəzifəsinə fasilə vermək qərarına gəlib və 2023-cü il noyabrın 13-də xidmətə bir daha qayıtmayıb.

Dekabrın 3-də S. Uvarovski yenə hərbi komendantlığa gəlib. Lakin fevralın 12-də təzə təyin olunduğu hərbi hissəyə hesabat verməyib. O, hərbi hissəyə dörd gündən sonra gəlib.

Məhkəmənin qərarına görə, S.Uvarovski cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Araşdırmalar zamanı o da məlum olub ki, sözügedən məhkəmə hərbçini saxta sürücülük vəsiqəsi aldığına görə, vaxtilə 50 min rubl cərimələyib.

T.ORUC

Seçilən
130
26
medianews.az

10Mənbələr