AZ

Ali Məhkəmədə yüksək vəzifəyə TƏYİNAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ali Məhkəmənin Aparatına yeni rəhbər təyin edilib.
Oxu.Az-ın məlumatına görə, bu vəzifə Cavid Hüseynova həvalə olunub.
C.Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub.
2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı.
C.Hüseynov fəaliyyət göstərdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunub. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni, 2-cidərəcə dövlət müşaviri, "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı, "Azərbaycan Ədliyyəsinin 100 illiyi" və "Azərbaycan Ali Məhkəməsinin 100 illiyi" yubiley medalları ilə təltif edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
50
oxu.az

10Mənbələr