AZ

"Neftçi"də yüksək vəzifəyə TƏYİNAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Neftçi" Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat baş tutub.
Oxu.Az xəbər verir ki, bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb.
İstanbul nəhənglərindən biri olan "Beşiktaş"ın idarəetmə sistemində fərqlənmiş mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutub. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer "Neftçi"də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.
Qeyd edək ki, türkiyəli mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.
Bununla yanaşı, "Neftçi" PFK-nın yeni Müşahidə Şurası təsdiqlənib. Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
oxu.az

10Mənbələr