AZ

Ədliyyə nazirindən yüksək vəzifəyə TƏYİNAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ədliyyə nazirinə müşavir təyin olunub.
"Report"un məlumatına görə, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elvin Hətəmzadə bu vəzifəyə təyin edilib.
Elvin Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-nin Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.
2012-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Respublikası Ali Məhkəməsində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.
Həmçinin 2016-2020-ci illərdə ADA Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, bir sıra elmi-tədqiqat məqalələrinin müəllifidir.
Elvin Hətəmzadə ABŞ-nin Nyu-York ştatının və Vaşinqton federal dairəsinin Vəkillər Kollegiyasının, ABŞ-nin Nyu-York ştatının Vəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasının üzvüdür.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
50
oxu.az

10Mənbələr