AZ

“Turan Tovuz” daha bir rusiyalı qapıçı transfer etdi

"Turan Tovuz" daha bir qapıçı transferini reallaşdırıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sergey Samok Tovuz klubu ilə anlaşıb.

Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.

Qeyd edək ki, ondan əvvəl isə "Turan Tovuz" İvan Konovalovla anlaşmışdı.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
3
bizim.media

10Mənbələr