AZ

“Turan Tovuz” daha bir rusiyalı qapıçı aldı

“Turan Tovuz” növbəti transferini reallaşdırıb. Qərb təmsilçisi Sergey Samoku heyətinə qatıb.

Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.

Qeyd edək ki, “Turan Tovuz” dünən daha bir rusiyalı qapıçını –  İvan Konovalovu transfer edib. Həmçinin klub bu yay Tural Bayramlını sıralarına qatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
12
futbolinfo.az

10Mənbələr