AZ

Daha bir rusiyalı qapıçı Tovuz klubunda

"Turan Tovuz" növbəti transferini reallaşdırıb.

Yenisabah.az xəbər verir ki, Tovuz təmsilçisi Sergey Samoku heyətinə qatıb.

Rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. Son olaraq “KamAz”ın şərəfini qoruyan 23 yaşlı əlcək sahibi daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.

Qeyd edək ki, "Turan Tovuz" dünən daha bir rusiyalı qapıçını -  İvan Konovalovu transfer edib. Həmçinin klub bu yay Tural Bayramlını sıralarına qatıb.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
12
yenisabah.az

10Mənbələr