AZ

AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İqtisadiyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) prezidenti ilə keçirilən görüşdə AİB - Azərbaycan əlaqələri, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində əməkdaşlıq və gələcək planlar barədə müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovla Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakavanın qarşılıqlı fikir mübadiləsi baş tutub.
Nazir ölkəmizin beynəlxalq maliyyə-iqtisadi qurumlarla, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. AİB ilə tərəfdaşlığımızın 25 ilinin tamam olduğu və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti, bankın enerji, infrastruktur, idarəetmə, eləcə də özəl sektorun inkişafı sahəsində ölkəmizə dəstək göstərdiyi, birgə layihələrin reallaşdırıldığı qeyd edilib.
Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafa töhfə verəcəyini vurğulayıb, AİB-in COP29-la bağlı ölkəmizə dəstək göstərməyə hazır olduğu ifadə olunub.
Tərəflər müxtəlif sahələr üzrə, o cümlədən AİB-in CAREC Proqramı çərçivəsində əməkdaşlıq imkanları, gələcək planlar və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Seçilən
122
50
oxu.az

10Mənbələr