AZ

Azərbaycan və Bolqarıstan enerji əməkdaşlığını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə görüşüb.

seher.media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər, keçirilən tədbir və müzakirələr Bolqarıstanla əlaqələrin möhkəmləndirilməsinə münbit zəmin yaradıb.

Qeyd edilib ki, Bolqarıstanla iqtisadi-ticarət əlaqələri güclənir. 2024-cü ilin yanvar-may aylarında bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 78%-dən çox artaraq 240 milyon dollardan çox olub. Sərmayə tərəfdaşlığının inkişafı üçün geniş imkanlar var. Azərbaycanda sənaye, tikinti, ticarət və xidmət sahələrində Bolqarıstan şirkətləri fəaliyyət göstərir.

Bildirilib ki, Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycanın Bolqarıstanla da energetika əməkdaşlığının gücləndirilməsi üçün imkanlar genişdir.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətləri, enerji, ticarət və sənaye sahələrində sıx işbirliyi qurulması imkanlarını nəzərdən keçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
5
seher.media

10Mənbələr