AZ

Tacikistanla Azərbaycan dostluq bağları yaradacaqlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Tacikistanla Azərbaycan bir-birinin ərazisində dostluq bağları salacaqlar.
Bu barədə azərbaycanlı həmkarı Məcnun Məmmədovla görüşündə Tacikistanın kənd təsərrüfatı naziri Kurbon Xakimzoda bildirib.
Qeyd olunur ki, Azərbaycanda ərik, Tacikistanda isə nar bağı salınacaq.
Həmçinin, danışıqlarda tərəflər respublikalar arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın lazımi səviyyədə olduğunu vurğulayıblar.
Onlar əlaqələri daha da gücləndirməyə və 2023-24-cü illər üçün imzalanmış əməkdaşlıq üzrə yol xəritəsi proqramının prioritet müddəalarını həyata keçirməyə hazır olduqlarını bildiriblər.
Bundan əlavə, nazirlər dövlətlərin aqrar sektorda ixrac potensialının artırılması üçün bütün imkan və yollardan istifadə etmək barədə razılığa gəliblər.
Xatırladaq ki, ötən ayın sonunda Tacikistan və Azərbaycan sahibkarlarının Düşənbədə keçirilən forumunda 700 milyon dollar dəyərində 15-dən çox yeni əməkdaşlıq sənədi imzalanıb.
Mənbə: Tacikistan KİV
Seçilən
109
50
oxu.az

10Mənbələr