AZ

ABŞ Tayvan boğazında müharibəni alovlandırmağa çalışır?

Birləşmiş Ştatlar Tayvanı mütəmadi olaraq silahla təmin etməklə Tayvan boğazında hərbi münaqişənin yaranmasına töhfə vermək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin rəsmi nümayəndəsi Çju Fenqlian brifinqdə bildirib.

O, Çinin buna qəti şəkildə qarşı çıxdığını vurğulayıb. Onun sözlərinə görə, Tayvanın hakim Demokratik Tərəqqi Partiyası (DPP) Amerika silahları almaq üçün ada sakinlərinin pulundan istifadə edir: “DPP-nin müstəqilliyə təkan verməsi yalnız Tayvan bölgəsinə müharibə təhlükəsi gətirə bilər.

Çju Fenqlian Vaşinqtonu “vahid Çin” prinsipinə və Çin ilə ABŞ arasında üç birgə kommünikenin müddəalarına riayət etməyə, Tayvana silah satmağı və separatçı qüvvələrə yanlış siqnallar göndərməyi dayandırmağa çağırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
24
ikisahil.az

10Mənbələr